Hakimlərimizə növbəti təyinat

Xəbərlər
3 Sentyabr 2024 14:29
131
Hakimlərimizə növbəti təyinat

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina (U-21) – Avstriya (U-21) qarşılaşmasının baş hakimi olacaq.

İdman.biz xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

İdman.biz

Məqalədə: