“Araz-Naxçıvan”da daha bir legioner

Xəbərlər
3 Sentyabr 2024 16:52
139
“Araz-Naxçıvan”da daha bir legioner

“Araz-Naxçıvan” yeni mərkəz müdafiəçisi ilə anlaşıb.

İdman.biz xəbər verir ki, İssouf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb. O, həmçinin, müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” 4 turdan sonra 7 xalla Azərbaycan çempionatında 4-cüdür.

İdman.biz

Məqalədə: