Aleksey Kaşuk "Qarabağ"da

Xəbərlər
3 Sentyabr 2024 18:21
712
Aleksey Kaşuk "Qarabağ"da

Azərbaycan çempionu "Qarabağ" növbəti transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.

Ukraynalı futbolçu "Qarabağ"a azad agent kimi qoşulub. Onun çıxış etdiyi son klub Donetsk “Şaxtyor”u olub.

“Şaxtyor”un yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

İdman.biz

Məqalədə: