“Neftçi” böyük hesabla uduzub

Xəbərlər
4 Sentyabr 2024 20:13
789
“Neftçi” böyük hesabla uduzub

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında ilk dəfə təmsil edən qadın futbolçulardan ibarət “Neftçi” klubu mübarizəyə başlaylb.

İdman.biz xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci təsnifat mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.

Gürcüstanın Tsxaltubo şəhərində keçirilən oyun rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Reqlamentə əsasən cütün qalibi finala yüksəlib.

Qrupun digər matçında Albaniyanın “Vlajniya” klubu yerli “Lançxuti”yə 3:0 hesabı ilə qalib gəlib. Nəticədə "Neftçi" 3-cülük uğrunda Gürcüstan çempionu ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası (qadınlar) - I Təsnifat mərhələsi
4 sentyabr
“Sankt-Pölten” – “Neftçi”

Baş hakim: Yelena Kumer (Xorvatya)
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç (Xorvatya), Fransesko Di Monte (İtaliya)
Dördüncü hakim: Mariya Marotta (İtaliya)
Tskaltubo Technical Center, Tskaltubo (Gürcüstan). Saat 18:00

İdman.biz