“Gəncə”də yeni təyinatlar

Xəbərlər
4 Sentyabr 2024 12:12
165
“Gəncə”də yeni təyinatlar

“Gəncə” futbol klubunda yeni təyinatlar olub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Azər Bağırovun köməkçiləri müəyyənləşib.

Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, Zaur Əsədov və Vüqar Məmmədov (qapıçı məşqçisi) kömək edəcək.

Qeyd edək ki, Azər Bağırov bu postda Adil Şükürovu əvəzləyib.

İdman.biz