"İnter"in tribuna liderləri arasında dava - 1 ölü

Xəbərlər
4 Sentyabr 2024 22:33
360
"İnter"in tribuna liderləri arasında dava - 1 ölü

İtaliyanın "İnter" klubunun azarkeşlərinin davası düşüb.

İdman.biz xəbər verir ki, Milan şəhərində baş verən qalmaqal tribuna liderləri arasında olub.

49 yaşlı Andrea Baretta ilə 39 yaşlı Antonio Bellokonun mübahisəsi soyuq silahlı dava ilə bitib. Nəticədə boğazından yaralanan Antonio yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, tərəflərin dost olduğu bildirilib və onlar arasında davanın səbəbi açıqlanmayıb.

İdman.biz