Çempionlar Liqası: “AzNur”dan uğurlu start, “Birbaşa Bakı” qələbəni əldən verib - VİDEO

Xəbərlər
5 Sentyabr 2024 20:17
303
Çempionlar Liqası: “AzNur”dan uğurlu start, “Birbaşa Bakı” qələbəni əldən verib - VİDEO

Bu gün minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə start verilib.

İdman.biz xəbər verir ki, 2 təmsilçimiz, “Birbaşa Bakı” və “AzNur” turnirdə ölkəmizi təmsil edir.

Polşanın Varşava şəhərində keçirilən yarışda ilk olaraq meydana C qrupunda qərarlaşan “AzNur” komandamız çıxıb. Rəcəb Fərəczadənin komandası Fransanın “Les Piopio” klubunu 2:1 hesabı ilə məğlub edib.

E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı”nın ilk rəqibi isə İspaniyanın “Malaqa” klubu olub. Komandamız 2:0 hesabı ilə önə keçsə də, üstünlüyü qoruya bilməyib. Oyun 2:2 bitib.

Minifutbol: Çempionlar Liqası
Qrup mərhələsi
5 sentyabr
C qrupu
17:00. “AzNur” – “Les Piopio” (Fransa) – 2:1
Qollar:
Böyükağa Quliyev, 2. Raqif Eyvazov, 12. – David Perisset, 17.

E qrupu
19:00. “Birbaşa Bakı” – “Malaqa” - 2:2
Qollar.
Cəfər Cəfərzadə, 12. Elvin Əlizadə, 13 - Pablo Aguero, 20 Oskar Fernandes, 30

İdman.biz