Elmar Baxşıyev: “Bu görüş hər iki tərəf üçün faydalı olacaq”

Xəbərlər
5 Sentyabr 2024 11:50
115
Elmar Baxşıyev: “Bu görüş hər iki tərəf üçün faydalı olacaq”

“Hər iki komandanın razılığı ilə bu qərarı verdik”.

Bunu İdman.bizə “Araz-Naxçıvan”nın baş məşqçisi Elmar Baxşıyev deyib.

O, “Sumqayıt”la keçirəcəkləri yoldaşlıq görüşü barədə danışıb. Mütəxəssis bildirib ki, bu matçla bağlı hər iki tərəf istəkli olub: “UEFA Millətlər Liqasında keçiriləcək oyunlarla əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanmaq istədik. Düşünürəm ki, bu cür oyunlar futbolçuların təcrübəsinin və oyun dinamikasının artmasına səbəb olur. Yoldaşlıq görüşləri nəticəsində komanda matçda bir-biri ilə əlaqədə olmağı və daha yaxşı şəkildə oyun ritmində qalmaqlarına yardımçı olur. Fikrimcə, bu qarşılaşma hər iki komanda üçün faydalı olacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan”-“Sumqayıt” matçı sentyabrın 7-də “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Banuçiçək Hüseynli
İdman.biz