Protokolda adı olmayan futbolçulara görə CƏZA

Xəbərlər
5 Sentyabr 2024 12:49
112
Protokolda adı olmayan futbolçulara görə CƏZA

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Hypers Guba” və "Sheki City” klublarına 0:3 hesablı texniki məğlubiyyət verib.

İdman.biz xəbər verir ki, buna səbəb hər iki komanda I tur matçında protokolda adı olmayan futbolçunun meydana daxil olmasına görə cəzalanıb.

“Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.

Region təmsilçiləri buna görə 400 manat cərimələniblər.

İdman.biz

Məqalədə: