Avropa çempionu Serbiyanın müqavimətini qıra bilməyib

Xəbərlər
6 Sentyabr 2024 00:57
632
Avropa çempionu Serbiyanın müqavimətini qıra bilməyib

UEFA Millətlər Liqasında 2024/2025 mövsümünə start verilib.

İdman.biz xəbər verir ki, A və C liqalarında 4 oyun baş tutub.

Millimiz Bakıda İsveçə uduzub. Yığmamızla eyni qrupda yer alan komandaların görüşündə Slovakiya səfərdə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Avropa çempionu İspaniya turnirə uğursuz start verib. İspanlar səfərdə Serbiyaya ilə heç-heçə oynayıblar.

Günün ən məhsuldar görüşü Qlazqoda qeydə alınıb. Polşa səfərdə Şotlandiyanı 3:2 hesabı ilə məğlub edib. Portuqaliya isə öz meydanında Xorvatiyaya qalib gəlib.

UEFA Millətlər Liqası
5 sentyabr
A Liqası
1-ci qrup

Portuqaliya - Xorvatiya - 2:1
Şotlandiya - Polşa - 2:3
4-cü qrup
Danimarka - İsveçrə - 2:0
Serbiya - İspaniya - 0:0

C Liqası
1-ci qrup

Azərbaycan - İsveç - 1:3
Estoniya - Slovakiya - 0:1
3-cü qrup
Belarus - Bolqarıstan - 0:0
Şimali İrlandiya - Lüksemburq - 2:0

D Liqası
1-ci qrup

San-Marino - Lixtenşteyn - 1:0

İdman.biz