Yan Dal Tomasson: "Önəmli olan qələbə ilə başlamaqdır" - MÜSAHİBƏ

Müsahibə
5 Sentyabr 2024 22:30
484
Yan Dal Tomasson: "Önəmli olan qələbə ilə başlamaqdır" - MÜSAHİBƏ

“Nəticə ilə razı qaldım”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqası çərçivəsində Azərbaycan yığmasına qarşı 3:1 hesabla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli məşqçi bildirib ki, kifayət qədər şanslar əldə etdi: “Bu gün müdafiədə yaxşı oynayan komandaya qarşı oynadıq. Açıq oyun getdi. Bu cür olanda da rəqib üçün də şanslar yaranır. İlk hissəsə çox ötürmələr verdik, lakin alınmırdı. Fasilədə də bununla bağlı danışdıq. Topu itirəndə problemlər yaşayırdıq. Bəzi epizodlarda yenidən çalışmalıyıq. Qapıçıdan çox razıyam. Önəmli olan qələbə ilə başlamaqdır. Biz bunu bacardıq”.

- Müdafiəyə baxsaq Azərbaycan millisi kifayət qədər qol epizodu yaratdı. Bunu necə aradan qaldırmağı düşünürsüz?

- ⁠Topu itirəndə gərək lazımi reaksiyanı verərdik. Bunu müəyyən zamanlarda bacarmadıq. Biz irəli getməli istəyirdik. Komanda müəyyən epizodlarda çox passiv çıxış etdi. Hücumda mükəmməl deyildik. Öz üzərimizdə çalışmalıyıq.

- ⁠Penaltini yerinə yetirərkən oyunçu topu komanda yoldaşına verdi. Bunu necə dəyərləndirərdiniz?

- ⁠Buna pozitiv baxıram. Bu kiçik elementlər komanda ruhunun yaranmasına təsir edir.

- ⁠Vaxtilə siz də hücumçu olmusunuz. Bəs siz penalti zamanı topu öz komanda yoldaşınıza verərdinizmi?

- ⁠Bizim zamanda da belə şeylər olub. Amma biz öz komanda yoldaşımıza topu verməmişik.

- ⁠Azərbaycan millisində nəyi bəyəndiniz?

- ⁠Bakıda bu nəticəni əldə etmək və kifayət qədər qol epizodu ilə qazanmaq təqdirə layiqdir.

- Vurulmayan penalti sizcə nəticəyə təsir etdi?

- ⁠Əla şəkildə qurtardıq. İnanıram ki, bu qolu buraxsaq belə komandamız fərqləmə biləcəkdi.

- İsveç millisini 3:0 hesabı ilə məğlub edən Azərbaycan yığması ilə bugünkü arasında nə kimi fərqlər var?

- ⁠Az-çox eyni oyunçular idi. Qapıçı fərqli idi. Bu komandaya qarşı rəqib meydanda oynamaq çox çətindir. Ona görə öz çıxışımızdan razı qaldım.

Banuçiçək Hüseynli
İdman.biz