Fernandu Santuş: "Yaxşı nəticə əldə edəcəyik” - MÜSAHİBƏ

Müsahibə
5 Sentyabr 2024 22:50
594
Fernandu Santuş: "Yaxşı nəticə əldə edəcəyik” - MÜSAHİBƏ

“Oyuna yaxşı başladıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

O, Millətlər Liqasının l turunda İsveç yığması ilə matçdan sonra keçirilən mətbuat konfransında 1:3 hesablı məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəsiss bildirib ki, komandanın yaxşı şansları olub: “Ələ düşən fürsətləri qolla nəticələndirə bilmədik. Sonra isə oyun müdafiəyə keçdi. Kifayət qədər güclü komandaya qarşı oynadıq. Futbolçular da maksimum yaxşı oynamağa çalışdılar. Amma isveçlilər bizi sıxışdırırdı. Müdafiədə oynamağımıza baxmayaraq uşaqlar hücuma keçirdilər. Birinci hissəni sonunda yenə qol vurmaq şansımız oldu. Penaltini yerinə yetirə bilmədik. İkinci hissəyə yaxşı başladıq. Birinciyə nisbətən daha yaxşı oynadıq. Futbolçular təlim-məşqi zamanı verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar. Rəqib buraxdığımız səhvlərdən iatofadə etdi. Həvəsdən düşməmişik. Yaxşı nəticə əldə edəcəyik”.

- Ramil Şeydayevin penaltini vurması məşqçinin qərarı idi?

- ⁠Mən oyundan qabaq Mahmudova demişdim ki, penaltini sən vuracaqsan.

- ⁠Baş məşqçi komandada görmək istədiyinin necə faizini gördü?

- ⁠Mən komandadan razıyam. Verdiyim tapşırıqları yerinə yetirməyə çalışırdılar. Müdafiə ilə bağlı 50 faiz razıyam. Müdafiə də pis deyil. Amma oyunun təşkilində problemlər var idi, tez-tez topu itirirdik. Biz həm hücum edib, həm də müdafiə olunmağı bacarmalıyıq. Bu çox önəmlidir. Azərbaycan 4 səhvə yol verdisə rəqib 20 səhv etdi.

- ⁠Bir komandanın oyunçusunun çoxu himn zamanı onu səsləndirmirsə o komanda necə dövləti və bayrağı üçün yaxşı nəticə əldə edə bilər?

- ⁠Onlar əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Hər birində milli ruh hiss olunur. Tamamilə ürəkdən qələbə qazanmaq istəyirdilər.

- ⁠Qapıçının çıxışından razı qaldınız?

- ⁠Mən qapıçıdan razıyam. Amma bu komandanın oyunudur. İlk matç üçün çox yaxşı oynadı.

- ⁠Emin Mahmudovu dəyişərkən nə etmək istədiniz? Bu qərarı niyə verdiz?

- Oyunun gedişatına uyğun dəyişdim. Bu normal bir haldır.

- ⁠Emin Mahmudov penalti zamanı topu götürsə də, Ramil Şeydayev onu geri aldı. Bunun üçün kimisə cəzalandıracaqsınız?

- ⁠Bu komanda daxili məsələdir. Biz bununla bağlı sabah danışacağıq.

Banuçiçək Hüseynli
İdman.biz