"Ulduz Cup"da finalçılar bəlli olub - FOTO

Xəbərlər
5 Sentyabr 2024 23:34
219
"Ulduz Cup"da finalçılar bəlli olub - FOTO

12 yaşadək futbolçular arasında "Ulduz Cup" beynəlxalq turnirinin finalçıları məlum olub.

İdman.biz xəbər verir ki, həlledici oyunda “Ulduz” FA və “Dinamo Minsk” komandaları qarşılaşacaqlar.

Quba Olimpiya İdman Kompleksində keçirilən turnirin yarımfinalda “Ulduz” FA komandası “Saburtalo”nu (Gürcüstan) mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunun qalibi penalti zərbələri ilə bəlli olub - 4:3. “Dinamo Minsk” (Belarus) isə "Bunyodkor”dan (Özbəkistanın) güclü olub (7:2).

Üçüncü yer uğrunda oyunda “Saburtalo” və “Bunyodkor” komandaları üz-üzə gələcək.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

İdman.biz