Çempionlar Liqası: “AzNur” və “Birbaşa Bakı” pley-offda

Xəbərlər
6 Sentyabr 2024 22:32
668
Çempionlar Liqası: “AzNur” və “Birbaşa Bakı” pley-offda

Bu gün minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsində mübarizəyə yekun vurulub.

İdman.biz xəbər verir ki, 2-ci gündə “AzNur” ilk oyununu keçirib.

Polşanın Varşava şəhərində keçirilən yarışda C qrupunda qərarlaşan və ilk matçda Fransanin “Piopio” klubunu 2:1 hesabı ilə məğlub edən “AzNur” bu dəfə meydan sahibləri “Qalport”la (Polşa) qarşılaşıb. Hesabda 0:2 geridə olan Rəcəb Fərəczadənin komandası əzmkar heç-heçə edib. Təmsilçimiz qrupda son oyununda “Andezit”lə (Ukrayna) xalları yarıya bölüb - 0:0. Bu nəticədən sonra təmsilçimiz qrup mərhələsini 3-cü pillədə başa vurub.

E qrupunda qərarlaşan Azərbaycan çempionu “Birbaşa Bakı” isə turnirdə İspaniyanın “Malaqa” klubu ilə 2:2 hesablı heç-heçə edib. Onlar ikinci oyunda “Livorno”ya (İtaliya) 3:1 hesabı ilə qalib gəliblər. Bakılılar son görüşü “BKMK Brno”ya (Çexiya) qarşı keçiriblər. Qarşılaşma 1:1 hesabı yekunlaşıb. Çempionumuz qrup ikincisi kimi pley-offa yüksəlib.

Reqlamentə görə, qruplarda ilk 2 yeri tutan komandalar və 3-cü yerdə qərarlaşan ən yaxşı göstəriciyi malik 4 klub 1/8 finala vəsiqə qazanıb.

Minifutbol: Çempionlar Liqası
Qrup mərhələsi
6 sentyabr
C qrupu
12:00. “Qalport” (Polşa) – “AzNur” – 2:2

Qollar: Vüqar Rəhimov, 37. Rafiq Eyvazov, 40. - Brayan Olkiyeviç, 1. Makiyej Şlivenski, 17.
19:00. “AzNur” – “Andezit” (Ukrayna) - 0:0

1

Qalport

3

1

2

0

9-5

5

2

Andezit

3

1

2

0

7-3

5

3

AzNur

3

1

2

0

4-3

5

4

Les Piopio

3

0

0

3

3-12

0

E qrupu

14:00. “Livorno” (İtaliya) - “Birbaşa Bakı” – 1:3
Qollar: Müseyib Vəliyev, 13. Təmkin Xəlilzadə, 20. Eyyub Əfəndiyev, 27 – Alessandro Gianfrançi, 16.
21:00. “Birbaşa Bakı” – “BKMK Brno” (Çexiya) - 1:1

1

Malaqa

3

1

2

0

8-4

5

2

Birbaşa Baku

3

1

2

0

6-4

5

3

BKMK Brno

3

1

2

0

5-1

5

4

Nottingem Livorno

3

0

0

3

3-13

0

İdman.biz