Viktor Qyökeres: "Keçən dəfə Bakıda nə baş verdiyini hamımız bilirdik"

Xəbərlər
6 Sentyabr 2024 10:22
582
Viktor  Qyökeres: "Keçən dəfə Bakıda nə baş verdiyini hamımız bilirdik"

“Bizim üçün liderliyi ələ keçirmək vacib idi, çünki Bakıda keçən dəfə nə baş verdiyini bilirdik”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin hücumçusu Viktor Qyökeres Millətlər Liqasında Azərbaycanla keçirdikləri oyundan sonra deyib.

Forvard bildirib ki, belə matçlarda görüş zamanı önə keçmək vacibdir: “Azərbaycan çətin rəqibdir. Hesab edirəm ki, hesabı açana qədər çox yaxşı şanslarımız oldu. Bəlkə də bunu daha əvvəl etməliydik. Amma ən vacibi o idi ki, qalib gəldik və üç qol vurduq”.

İsveçli hücumçu ikinci hissədə penaltini qola çevirərək yekun nəticəyə töhfə verib.

Qeyd edək ki, Azərbaycan-İsveç oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

İdman.biz

Məqalədə: