U-19 Niderlandla bacarmayıb

Xəbərlər
6 Sentyabr 2024 23:38
124
U-19 Niderlandla bacarmayıb

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq görüşünü keçirib.

İdman.biz xəbər verir ki, U-19 Niderlandın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Niderland futbolçularının üstünlüyü ilə keçib. Millimiz 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız hazırlıq çərçivəsində iki gün əvvəl Şotlandiya ilə yoldaşlıq oyununda 0:2 hesabı ilə məğlub olub. U-19 sentyabrın 9-da Uels yığması ilə qarşılaşacaq.

İdman.biz