Çempionlar Liqasında Azərbaycan dueli

Xəbərlər
7 Sentyabr 2024 00:26
1 097
Çempionlar Liqasında Azərbaycan dueli

Minifutbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cütləri bəlli olub.

İdman.biz xəbər verir ki, 1/8 finalda Azərbaycan dueli baş tutacaq.

Turnirdə ölkəmizi təmsil edən "Birbaşa Bakı" və "AzNur" üz-üzə gələcək. Oyun bu gün keçiriləcək. Cütün qalibi 1/4 finalda “Villa Mark” (Bolqarıstan) – “Nova Vitu Tarqu” (Rumıniya) duetinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki təmsilçimiz qrup mərhələsini məğlubiyyətsiz başa vurub. "Birbaşa Baku" 5 xalla E qrupunu 2-ci, "AzNur" isə eyni xalla C qrupunu 3-cü pillədə tamamlayıb.

İdman.biz