Patrik Andradedən uğursuz start

Xəbərlər
7 Sentyabr 2024 00:59
377
Patrik Andradedən uğursuz start

"Qarabağ"ın futbolçusu Patrik Andrade Afrika Millətlər Liqasının 1-ci mərhələsinə uğursuz start verib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi Kabo-Verde yığması səfərdə Misirə uduzub.

Andradenin komandası qrup mərhələsinin ilk turunda 0:3 hesabı ilə məğlub olub. Start heyətində yer alan Patrik fasilədə əvəzlənib.

Qeyd edək ki, Kabo-Verde növbəti oyununu sentyabrın 10-da evdə Mavritaniyaya qarşı keçirəcək.

İdman.biz