“AzNur”un baş məşçisinin təəssüfi: “Bunun düz olub, olmadığını deməklə heç nə dəyişməyəcək”

Müsahibə
7 Sentyabr 2024 11:46
247
“AzNur”un baş məşçisinin təəssüfi: “Bunun düz olub, olmadığını deməklə heç nə dəyişməyəcək”

“Birbaşa Bakı”, “Zirə” kimi komandaları udanda ikiqat sevincli olursan. Yoldaşlıq matçında da bu komanda ilə yaxşı oynayanda sevinirik, o ki, qaldı Çempionlar Liqasına”.

Bunu İdman.bizə “AzNur”un baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Təcrübəli mütəxəssisin komandası bu gün Çempionlar Liqasında 1/8 finalda “Birbaşa Bakı” ilə qarşılaşacaq. Fərəczadə bildirib ki, onları çətin oyun gözləyir: “Erkən mərhələdə “Birbaşa Bakı” ilə qarşılaşmaq istəməzdik. Həm Azərbaycan komandasıdır, həm də güclü komandadılar. Hər şeyləri professional şəkildədir. İstər təşkilatçılıqları, istərsə də məqş prosesləri. Ona görə də onlarla qarşılaşmaq istəməzdik. “Birbaşa Bakı” Çempionlar Liqasının favoritidir. Onlar hətta qalib ola bilərlər. Yaxşı oynayıb, onlara başağrı olmağa çalışacağıq. Komandaya tapşırmışam ki, oyun sərt olsun, amma kobudluğa keçməyək. Meydanda özümüzü cilovlayacağıq ki, qıraqdan bizi izləyənlər olacaq. İki Azərbaycan komandasının görüşü dostluq mübarizəsi ilə keçməlidir”.

Rəcəb Fərəczadə erkən olaraq “Birbaşa Bakı” ilə qarşılaşmalarına da münasibət bildirib: “Çoxları bizim bu mərhələdə rəqib kimi qarşılaşacağımızın düzgün olmadığını deyir. Bunun düz olub, olmadığını deməklə heç nə dəyişməyəcək. Reqlamet belədir və bundan qırağa çıxmayıblar. Qanunsuz heç bir şey görmürəm. Bizə qalıb, çıxıb oynamaq. Çalışacağıq ki, maraqlı oyun olsun”.

Qeyd edək ki, “AzNur” “Birbaşa Bakı” görüşü saat 15:30-da start götürəcək.

İdman.biz

Məqalədə: