İspaniyalı futbolçu 25 ildən sonra komandasını dəyişib

Xəbərlər
7 Sentyabr 2024 16:33
91
İspaniyalı futbolçu 25 ildən sonra komandasını dəyişib

25 il "Atletik"in şərəfini qoyan İker Muniain komandasını dəyişib.

İdman.biz xəbər verir ki, 31 yaşlı hücumçu Argentinanın “San Lorenso” klubuna keçib.

Argentina klubu 31 yaşlı futbolçu ilə 2025-ci ilin dekabrına qədər müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Muniain "Atletik"də 500-dən çox matçda iştirak edib. “San Lorenso” İkerin karyerasındakı ikinci komanda olacaq.

İdman.biz

Məqalədə: