Ceyhun Sultanov: “Santuşun taktikası nəyisə 5-10 faiz düzəldə bilər”

Xəbərlər
7 Sentyabr 2024 17:42
815
Ceyhun Sultanov: “Santuşun taktikası nəyisə 5-10 faiz düzəldə bilər”

"Bizim üçün asan oyun yoxdur”

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Millətlər Liqasının ll turunda baş tutacaq Slovakiya-Azərbaycan oyununu dəyərləndirib. Sultanov bildirib ki, çox ağır oyun olacaq: “Rəqib komanda bu gün çox yaxşı futbol oynayır. Slovakiyanın çox təcrübəli futbolçuları var. Fernandu Santuşun taktikası nəyisə 5-10 faiz düzəldə bilər. Bu isə futbolçuların keyfiyyətinin artması üçün yetərli deyil. Hər şey taktikayla olsaydı, bu gün dünya çempionu olardıq. Slovakiyaya qarşı yaxşı oynaya bilərik. Amma keyfiyyətimiz çatmır ki, Avropa çempionatının qrup mərhələsinə düşə bilək. Futbolçularımız nə qədər taktika baxımından yaxşı oynasa da, önəmli olan Santuşun dediklərini yerinə yetirmələridir”.

Qeyd edək ki, Slovakiya-Azərbaycan qarşılaşması sentyabrın 8-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: