"Birbaşa Bakı" yarımfinalda

Xəbərlər
7 Sentyabr 2024 23:03
757
"Birbaşa Bakı" yarımfinalda

Minifutbol üzrə Çempionlar Liqasında yarışan "Birbaşa Bakı"nın növbəti rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu 1/4 finalda “Nova Vita Tarqu” (Rumıniya) ilə qarşılaşıb.

Təmsilçimiz 2:0 hesabı ilə qalib gəliərək, yarımfinala yüksəlib. Bu mərhələdə "Birbaşa Bakı"nın rəqibi "Andezit" (Ukrayna) olacaq. Oyun sabah saat 12:00-da start götürəcək.

Minifutbol: Çempionlar Liqası

1/4 final
7 sentyabr

21:30. “Birbaşa Bakı” – “Nova Vita Tarqu” (Rumıniya) - 2:0
Qollar. Müseyib Vəliyev, 3. Samir Həmzəyev, 36

Qeyd edək ki, "Birbaşa Bakı" 1/8 finalda turnirdə ölkəmizi təmsilçisi "AzNur"u minimal hesabla məğlub edib.

İdman.biz