Fernandu Santuş: "Futbolçularımın keyfiyyətinə güvənirəm"

Xəbərlər
7 Sentyabr 2024 20:19
655
Fernandu Santuş: "Futbolçularımın keyfiyyətinə güvənirəm"

“Biz bütün oyunlara qələbə üçün çıxırıq".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Slovakiya - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.O, Azərbaycan futbolunun gələcəyini dəyişməli olduqlarını bildirib: "Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik. Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır. Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm. Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.

Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək.

İdman.biz