Slovakiyalı baş katib: “İsveçlə nəticə meydandakı oyuna uyğun deyildi” - Eksklüziv

Xəbərlər
8 Sentyabr 2024 11:00
1 431
Slovakiyalı baş katib: “İsveçlə nəticə meydandakı oyuna uyğun deyildi” - Eksklüziv

Slovakiya Futbol İttifaqının baş katibi Peter Palençik İdman.biz-ə eksklüziv açıqlamasında Azərbaycan millisi və qarşıdakı oyun haqqında danışıb:

"Azərbaycan yığmasını son bir ildə ciddi inkişaf edən çox yığcam komanda hesab edirik. Özü də İsveçlə qarşılaşmadakı nəticə meydandakı oyuna uyğun deyildi. Ona görə də güclü və mütəşəkkil rəqiblə qarşılaşacağımız üçün komandamızı oyuna çox ciddi hazırlayırıq".

Xatırladaq ki, UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan qarşılaşması bu gün Koşitsedə keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Rasim Mövsümzadə
İdman.biz