"Mançester Yunayted" Antoni ilə vidalaşır

Xəbərlər
8 Sentyabr 2024 14:43
111
"Mançester Yunayted" Antoni ilə vidalaşır

"Mançester Yunayted" qışda Antonini sata bilər.

İdman.biz xəbər verir ki, braziliyalı futbolçu ilə "Nyukasl" maraqlanır.

"Qırmızı şeytanlar" Antoni ilə 48 milyon avro qarşılığında vidalaşmağa hazırdırlar. Onun komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. "Nyukasl"ın baş məşqçisi brazliyalı hücumçunun transfer edilməsini istəyib.

Qeyd edək ki, 2022-ci ilin yayında "Mançester Yunayted"ə keçən futbolçu meydana çıxdığı 83 oyunda 11 qol vurub, 5 ötürmə edib.

İdman.biz