PSJ-ninn Luis Enrike planı

Xəbərlər
8 Sentyabr 2024 18:28
155
PSJ-ninn Luis Enrike planı

PSJ rəhbərliyi Luis Enrikeyə yeni müqavilə təklif etməyə hazırlaşır.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yayılıb.

Paris klubu ispaniyalı mütəxəssisin işindən razıdır. Gələn ilin yayında bitəcək müqavilənin müddətinin ən azı 2 il uzadılması gözlənilir.

Qeyd edək ki, Enrike 2023-cü ildən PSJ-yə rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə Fransa çempionu olub, ölkə kuboku və superkubokunu qazanıb.

İdman.biz