İspaniya və Portuqaliya qələbə qazanıb

Xəbərlər
9 Sentyabr 2024 00:54
423
İspaniya və Portuqaliya qələbə qazanıb

UEFA Millətlər Liqasında 2-ci tur start götürüb.

İdman.biz xəbər verir ki, millimizin yer aldığı qrupda İsveç növbəti qələbəsini qazanıb.

Skandinaviyalılar öz meydanında Estoniyanı məğlub ediblər.

Avropa çempionu İspaniya səfərdə İsveçrəyə qalib gəlib. "Qırmızı furiya" 4:1 hesabı ilə üstün olub. Portuqaliya ardıcıl ikinci qələbəsini əldə edib. İlk turda Xorvatiyadan güclü olan portuqaliyalılar bu dəfə Şotlandiyanı evə əliboş yola salıblar.

UEFA Millətlər Liqası
8 sentyabr
A Liqası

1-ci qrup
22:45 Xorvatiya – Polşa - 1:0
22:45 Portuqaliya – Şotlandiya - 2:1

Turnir vəziyyəti: Portuqaliya – 6, Xorvatiya – 3, Polşa– 3, Şotlandiya – 0 xal.

4-cü qrup
20:00 Danimarka – Serbiya - 2:0
22:45 İsveçrə – İspaniya - 1:4

Turnir vəziyyəti: Danimarka – 6, İspaniya – 4, Serbiya– 1, İsveçrə – 0 xal.

C Liqası
1-ci qrup

20:00 Slovakiya – Azərbaycan - 2:0
22:45 İsveç – Estoniya - 3:0

Turnir vəziyyəti: İsveç – 6, Slovakiya – 6, Azərbaycan – 0, Estoniya – 0 xal.

3-cü qrup
17:00 Lüksemburq – Belarus - 0:1
20:00 Bolqarıstan – Şimali İrlandiya - 1:0

Turnir vəziyyəti: Belarus – 4, Bolqarıstan– 4, Şimali İrlandiya – 3, Lüksemburq – 0 xal.

D Liqası
1-ci qrup

20:00 Cəbəllütariq – Lixtenşteyn - 2:2

Turnir vəziyyəti: San Marino – 3, Cəbəllütariq – 1, Lixtenşteyn – 1 xal.

İdman.biz