“Çempion olduğumuz üçün qəribə bir sevinc hissi yaşayıram”.
Bunu İdman.bizə “Birbaşa Bakı”nın futbolçusu Elvin Əlizadə deyib.
Yarımmüdafiəçi “Birbaşa Bakı”nın Çempionlar Liqasında çempionluğunu şərh edib. O bildirib ki, çox çətin turnir keçib: “Çox yaxşı turnir keçirdik. Ən çətin oyunumuz Ukraynanın “Andezit” klubuna qarşı oldu. Onlara yalnız penalti seriyasında qalib gələ bildik. Ümumilikdə çətin turnir idi. Səhər və axşam oynamaq çox ağır idi. Dəhşət güc sərf etdik. Çox əziyyət çəkdik. Amma sevinirik ki, yekunda qələbə qazandıq. Çempionluğu Azərbaycan xalqına həsr edirik”.
Qeyd edək ki, “Birbaşa Bakı” finalda Çexiyanın “Brno” komandasını 2:1 hesabı ilə məğlub edib.
Emin Ağa
İdman.biz