Millimiz 3-cü oyununda da məğlub olub

Xəbərlər
9 Sentyabr 2024 15:08
207
Millimiz 3-cü oyununda da məğlub olub

Bu gün Azərbaycanın futbol üzrə U-19 milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.

İdman.biz xəbər verir ki, İspaniyanın Mursiya şəhərindəki təlim-məşq toplanışında millimizin rəqibi uelsli həmyaşıdları olacaq.

Yığmamız ardıcıl 3-cü yoxlama görüşündə də məğlubiyyətə üzülüb.

U-17 millimiz də bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Türkiyədə hazırlıq keçən yığmamız meydan sahibləri ilə qarşılaşacaqlar.

Yoldaşlıq görüşləri
9 sentyabr
13:00. Azərbaycan (U-19) – Uels (U-19) - 0:3

Tomas Vuudvard, 44. Menzi Mazvi, 52. İvan Morqan 87 (Pen.).
Pinatar Arena (Murcia)

17:00. Türkiyə (U-17) - Azərbaycan (U-17)
Darıca Kapalı Spor Salonu (Kocaeli)

Qeyd edək ki, bu, U-19 millimizin İspaniyada 3-cü yoldaşlıq görüşü olacaq. Bundan əvvəl onlar Şotlandiyaya 0:2, Niderlanda isə 0:3 hesabı ilə uduzublar.

İdman.biz

Məqalədə: