Yunis Hüseynov: “Dəyişikliklər özünü yaxşı şəkildə göstərmədi”

Xəbərlər
9 Sentyabr 2024 13:28
238
Yunis Hüseynov: “Dəyişikliklər özünü yaxşı şəkildə göstərmədi”

“Yaxşı nəticə əldə etmək istəyərdik, amma alınmadı”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov Millətlər Liqasının II turunda Slovakiya-Azərbaycan (2:0) matçını şərh edərkən deyib.

O bildirib ki, rəqib oyundan öncə də favorit sayılırdı: “Əfsuslar olsun ki, dünənki oyunda məğlub olduq. Buna baxmayaraq, komandamız pis təəssürat bağışlamadı. Slovakiya komandası ilə oyunda xeyli boşluqlar verdik. Dünənki matçda müdafiə xəttinin sağ cinahında çoxlu səhvlər oldu. Fernandu Santuş heyətdə dəyişikliklər etmişdi. Amma bu da özünü yaxşı cəhətdən göstərmədi. Futbolçular ümidləri doğrultmadı”.

Onun sözlərinə görə, müdafiədəki səhvlər çoxlu boşluqlar yaratdı: “Ümumilikdə, millimiz çox zəif çıxış etdi”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında İsveç (1:3) və Slovakiya (0:2) komandalarına uduzub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: