Dan Marius Mitu: “Bu, qeyri-adi haldır, qalib gəldiyimiz üçün çox xoşbəxtəm”

Xəbərlər
9 Sentyabr 2024 15:02
137
Dan Marius Mitu: “Bu, qeyri-adi haldır, qalib gəldiyimiz üçün çox xoşbəxtəm”

“İddialı oyun idi”.

Bunu İdman.bizə açıqlamasında minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu deyib.

Təcrübəli mütəxəssis bildirib ki, qalib gəldikləri üçün çox xoşbəxtdir: “Oyun daha asan keçə bilərdi. Amma oyunumuzu ən yaxşı şəkildə göstərdik. Rəqib oyunçular çox yorulmuşdu. Bu, onların üç gündə 7-ci oyunu idi, hansıki bu, qeyri-adi haldır. Ona görə də qalib gəldiyimiz üçün çox şadam. Bundan sonra da qələbə qazanmaq və baxımlı oyun sərgiləmək istəyirik”.

Onun sözlərinə görə, oynadıqları hər turnirdə qalib gəlmək niyyətindədirlər: “Klub rəhbərliyi futbolçuların işinə qiymət verəcək və hər kəsə mütləq hədiyyə olacaq. Qarşıdakı hədəf növbəti çempionatda qalib gəlməkdir. Əvvəlcə qələbəni qeyd edəcəyik, sonra işə başlayacağıq".

Qeyd edək ki, turnirin həlledici matçında "BKMK Brno" (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.

Banuçiçək Hüseynli
İdman.biz