“Qarabağ” “EAFC 25” simulyatorunda

Xəbərlər
9 Sentyabr 2024 18:11
119
“Qarabağ” “EAFC 25” simulyatorunda

“Qarabağ” məhşur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.

İdman.biz xəbər verir ki, Ağdam klubu “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq. Oyunun bu il sentyabrın 27-də dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun sentyabrın 20-də “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

Qeyd edək ki, “Qarabağ” adıçəkilən futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.

İdman.biz