Millimiz Serbiyaya uduzub - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 20:52
685
Millimiz Serbiyaya uduzub - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, F qrupunda yer alan yığmamız Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Dalğa Arena”da keçiriləcək görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol matçın 1-ci hissəsində vurulub. Fasilədə sonra millimiz hesab arasındakı fərqi azaltmaq üçün yaxşı şans qazanıb. Amma Nəriman Axundzadə penalti zərbəsini dəqiq yerinə yetirməyib.

Avroma çempionatı (U-21)
Seçmə mərhələ
10 sentyabr
19:00. Azərbaycan (U-21) – Serbiya (U-21) - 0:2
Qollar: Vukaşin Durdeviç, 26. Yovan Miyatoviç, 40
Baş hakim: Bastien Dekepy (Fransa)
Azərbaycan: 1. Yusif İmanov, 5. Mahir Həsənov, 4. Cəlal Hüseynov, 21. İbrahim Ramazanov, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov,13. Emil Səfərov, 8. Fərid Yusifli (k), 9. Nəriman Axundzadə, 18. Ağadadaş Salyanski, 14. Xəyal Əliyev
Baş məşqçi: Samir Əliyev
Serbiya: 12. Lazar Kaliçanin, 16. lazar Konstantinov, 3. Mixaylo İliç (k), 6. Voyin Serafimoviç, 14. Vukaşin Durdeviç, 4. Nikola Miliçiç, 20. Yovan Şlviniç, 17. Stefan Dzodiç, 22. Marko Veliçkoviç, 10. Yovan Miloşoviç, 7. Yovan Miyatoviç
Baş məşqçi: Lyubinko Druloviç
Dalğa Arena

1

Ukrayna

7

7

0

0

17-3

21

2

İngiltərə

8

6

1

1

32-5

19

3

Serbiya

9

4

1

3

12-18

13

4

Lüksemburq

9

2

1

6

6-23

7

5

Şimali İrlandiya

6

2

0

4

4-8

6

6

Azərbaycan

8

1

0

7

4-18

3

Qeyd edək ki, qrupun digər oyunlarında Şimali İrlandiya Ukrayna ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: