Neymarın qayıdacağı vaxt məlum olub

Xəbərlər
10 Sentyabr 2024 09:57
92
Neymarın qayıdacağı vaxt məlum olub

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar payızda tam sağalacaq.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Neymarın reabilitasiyası ləngiyir. Braziliyalıya forma yığmaq üçün daha iki ay lazım olacaq. Onun meydana qayıtması bu ilin noyabrında gözlənilir.

23 yaşlı futbolçu Braziliya yığmasında oynayarkən aldığı zədədən sonra ötən ilin oktyabrından bəri müalicə olunur.

Qeyd edək ki, "Barselona"nın və PSJ-nin keçmiş futbolçusu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında çıxış edir.

İdman.biz

Məqalədə: