"Neftçi"nin sabiq oyunçusu "Zirə"də - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 13:33
133
"Neftçi"nin sabiq oyunçusu "Zirə"də - VİDEO

“Zirə” yeni futbolçu ilə anlaşıb.

İdman.biz xəbər verir ki, qəsəbə klubu Yusuf Lavalı heyətinə qatıb.

Nigeriyalı vingerlə 2+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ölkəmizdə “Neftçi”də də çıxış etmiş 26 yaşlı futbolçu, həmçinin Belçikanın “Lokeren”, Portuqaliyanın “Arouka” klublarının formasını geyinib.

İdman.biz