Kerem Aktürkoğlu neçə dəfə het-trik edib?

Xəbərlər
10 Sentyabr 2024 15:33
135
Kerem Aktürkoğlu neçə dəfə het-trik edib?

UEFA Millətlər Liqası çərçivəsində İslandiyaya 3:1 hesabı ilə qalib gələn Türkiyə millisinin hər üç qoluna "Benfika"nın yeni transferi Kerem Aktürkoğlu imza atıb.

İdman.biz xəbər verir ki, bu, 25 yaşlı vingerin karyerasında ilk het-trik deyil.

Kerem 2020–2024-cü illərdə çıxış etdiyi "Qalatasaray"ın heyətində iki oyunda üç qol vura bilib. O, 2021-ci ildə "Göztepe"yə 3:1 və 2022-ci ildə "Başakşehir"ə 7:0 hesabı ilə qalib gəldikləri qarşılaşmalarda da het-trik edib.

İdman.biz