Çexiya klubu “Real”ı qabaqlayıb

Xəbərlər
10 Sentyabr 2024 15:56
118
Çexiya klubu “Real”ı qabaqlayıb

Avqust ayının ən yaxşı klublarının adları açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS tərəfindən hazırlanan cədvələ Çexiyanın “Sparta Praqa” klubu başçılıq edir.

Praqalılar sözügedən ayda Çempionlar Liqasının təsnifat mərhələsində 3 qələbə və 1 heç-heçə, Çexiya çempionatında isə 2 qələbə 1 bərabərlik ilə yadda qalıblar. Nəticədə onlar 48,5 xalla liderdilər.

Aktivində 44 xal olan “Real” ikincidir. Madrid klubu ötən ay UEFA Super Kubokunu qazanmaqla yanaşı, La Liqada 2 qələbə və 1 heçə-heçəyə imza atıb. İlk üçlüyü braziliyanın “Fortaleza” klubu qapayır. Onların aktivində 42 xal var.

Qeyd edək ki, iyul ayında bu göstəricidə 38 xalla Rumıniyanın “Buxarest” klubu lider olub.

İdman.biz

Məqalədə: