Qapıçı ölkəsindən çayı üzərək qaçıb

Xəbərlər
11 Sentyabr 2024 09:37
1 997
Qapıçı ölkəsindən çayı üzərək qaçıb

Ukraynalı qapıçı Denis Şelixov Tisa çayını üzərək Ukraynadan qaçıb və ardınca futbolçu Belarusun “Slaviya”sı ilə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Şelixovun iki aydır çayda üzmək üçün məşq etdiyi bildirilib. Qolkiper bu məlumatla bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, 35 yaşlı qolkiperin son klubu Ukraynanın “Viktoriya”sı olub. O, ölkəsinin “Dnepr”, “Volın”, “Nikolayev”, “Metalist 1925”, LNZ, Belarusun “İsloç” və “Luç” klublarında da çıxış edib.

İdman.biz

Məqalədə: