Qadınların dünya çempionatında da 48 komanda?

Xəbərlər
11 Sentyabr 2024 10:01
122
Qadınların dünya çempionatında da 48 komanda?

"Telegraph Sport" FIFA-nın 2031-ci ildə qadınlar arasında dünya çempionatının 48 komandaya qədər genişləndirilməsi imkanlarını müzakirə etdiyini yazıb.

İdman.biz xəbər verir ki, adıçəkilən turnirdə iştirakçı sayı yalnız keçən il 32 komandaya qədər genişlənsə də, 2031-ci ildə daha 16 komanda ilə böyüyə bilər.

Kanada, Meksika və ABŞ 2026-cı ildə kişilər arasında 48 komandalı ilk dünya çempionatına ev sahibliyi edəcək.

Xatırladaq ki, qadınlar arasında növbəti dünya çempionatı 2027-ci ildə Braziliyada keçiriləcək.

İdman.biz

Məqalədə: