“Qarabağ” “Qalatasaray”, “Mançester Yunayted” və “Napoli”ni geridə qoyub

Xəbərlər
11 Sentyabr 2024 10:36
1 970
“Qarabağ” “Qalatasaray”, “Mançester Yunayted” və “Napoli”ni geridə qoyub

Sentyabr ayı üçün klubların reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS tərəfindən hazırlanan cədvəldə Azərbaycan çempionu “Qarabağ” 182,75 xalla 52-ci sırada qərarlaşıb.

Qurban Qurbanovun komandası bu göstərici ilə “Qalatasaray”, “Mançester Yunayted” və “Napoli” kimi klubları geridə qoyub.

Ölkəmizin digər klubu “Zirə” 91,25 xalla 211-cidir. “Sabah” (59 xal) 428-ci, “Neftçi” (53,5 xalla) 482-cidir.

Qeyd edək ki, siyahıya 403 xalla Madrid “Real”ı başçılıq edir. “Mançester Siti” (368 xalla) ikinci, “Bayer” (353 xal) isə üçüncüdür.

İdman.biz