Portuqaliyalı jurnalist Azərbaycan millisinin baş məşqçisi haqqında - Eksklüziv

Xəbərlər
11 Sentyabr 2024 11:08
2 658
Portuqaliyalı jurnalist Azərbaycan millisinin baş məşqçisi haqqında - Eksklüziv

Portuqaliyalı jurnalist, məşhur “A Bola” nəşrinin baş redaktoru Luis Mateus həmyerlisi Fernandu Santuşun Azərbaycan millisindəki fəaliyyətini xüsusi olaraq İdman.biz üçün şərh edib:

"Fernandu Santuşun məşqçilik karyerasında diqqət çəkən uğur, şübhəsiz, 2016-cı ildə Avropa çempionu olması və üç il sonra UEFA Millətlər Liqasının qalibi titulunu da qazanmasıdır.

Yunanıstanda bir neçə klubu və onların milli komandasını çalışdırdığı üçün sevilməsinə baxmayaraq, həqiqət budur ki, 36 illik karyerası ərzində yalnız bir neçə titul qazanıb, halbuki çempionluğa namizəd komandaları çalışdırıb.

Həddindən artıq mühafizəkar və hücumda kreativliyin olmaması, həmçinin məhdud oyunçular qrupuna güvənməsi və gənc oyunçuların heyətə cəlb edilməsinə müqavimət göstərdiyi üçün onun oyun modeli tez-tez tənqid olunub. O, çox taktiki məşqçi deyil və öz düşüncəsini işçi qrupunun və oyunçuların eqolarının diqqətli idarə olunması, həmçinin topsuz oyunda güclü təşkilatçılıq üzərində qurur.

Azərbaycan millisinin oyunlarına gəlincə, rəqiblərinizin güclü olduğunu düşünürəm. Amma mənə elə gəlir ki, Fernandu Santuşdan möcüzə gözləmək lazım deyil, çünki onun oyun düşüncəsi böyük ehtiyatlılığa və daha çox müdafiyə əsaslanır".

Rasim
İdman.biz

Məqalədə: