Mahir Emreli bu həftə Bundesliqada debüt edəcəkmi?

Xəbərlər
12 Sentyabr 2024 10:21
565
Mahir Emreli bu həftə Bundesliqada debüt edəcəkmi?

Ötən ay Almaniyanın II Bundesliqa klubu “Nürnberq”ə keçən Mahir Emrelinin klubda debütü hələ baş tutmayıb.

İdman.biz xəbər verir ki, zədəsini sağaldan millimizin üzvü artıq komanda ilə məşqlərə başlayıb.

Almaniya mətbuatı yazır ki, Emreli zədəsi ilə bağlı məşqlərə yeni qoşulur və bu, oyunlara hazır olmaq üçün yetərli deyil. Komandanın baş məşqçisi Miroslav Kloze də futbolçumuzun hazırki durumundan danışıb: “Bu oyunu istisna etmək istəmirəm. Demişdik ki, Mahiri “Maqdeburq”la matça çatdıra bilməsək, “Ulm”la oyuna hazırlayacağıq. Amma bərpa prosesi düşündüyümüzdən bir az uzun çəkdi. Bəlkə də bizim daha 2, 3 günə ehtiyacımız olacaq”.

Qeyd edək ki, “Nürnberq” - “Ulm” oyunu sentyabrın 14-də keçiriləcək. Mahir Emrelinin komandası 4 turdan sonra 4 xalla 13-cüdür.

İdman.biz

Məqalədə: