Millimiz qapısını toxunulmaz saxlayıb

Xəbərlər
12 Sentyabr 2024 16:28
147
Millimiz qapısını toxunulmaz saxlayıb

Bu gün Azərbaycanın futbol üzrə U-17 milli komandası növbəti yoldaşlıq görüşünə çıxıb.

İdman.biz xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışı keçirən yığmamız qardaş ölkənin millisi ilə üz-üzə gəlib.

Matç qolsuz bərabərlik ilə yekunlaşıb.

Yoldaşlıq görüşləri
12 sentyabr

14:00. Türkiyə (U-17) - Azərbaycan (U-17) – 0:0
Darıca Kapalı Spor Salonu (Kocaeli)

Qeyd edək ki, bu, tərəflər arasında 2-ci oyun olub. İlk matçda “ay-ulduzlular” 4:0 hesabl ilə qalib gəliblər.

İdman.biz