Azərbaycan millisinin futbolçusu Sadıq Bağiyev Rusiyanın I Liqa klubu “SKA-Xabarovsk”a transfer olunub.
İdman.biz xəbər verir ki, yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Sadıq son olaraq Krasnodar əyalətinin “Kuban Holdinq” klubunda forma geyib. O, bu klubda Rusiya ikinci Liqasında 20 oyun (3 qol) və Kubokda 2 oyun keçirib.
Qeyd edək ki, Sadıq Bağiyev 2022-ci ildə Azərbaycanın gənclərdən ibarət milli komandasına (U19) cəlb olunub və iki yoldaşlıq oyununda meydana çıxıb.
İdman.biz