AFFA nümayəndəsinə UEFA-dan təyinat

Xəbərlər
12 Sentyabr 2024 14:13
758
AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, “Jalgiris” – TNS matçını qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

İdman.biz