“Qarabağ”ın rəqibinin futbolçusu “dilinin bəlasına” düşüb

Xəbərlər
12 Sentyabr 2024 17:24
134
“Qarabağ”ın rəqibinin futbolçusu “dilinin bəlasına” düşüb

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Tottenhem”in uruqvaylı futbolçusu Rodriqo Bentankur İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırıla bilər.

İdman.biz xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin müsahibəsi zamanı etdiyi zarafatdır.

O, komanda yoldaşı Son Hın Min haqqında danışarkən "bütün cənubi koreyalılar eyni görünür” ifadəsi federasiya tərəfindən yaxşı qarşılanmayıb. Hotspurluların futbolçusu komanda yoldaşından üzr istəyib və Son onun etdiyi zarafatı anlayışla qarşıladığını dilə gətirib.

Lakin bu, Rodriqonun cəzalandırılmayacağı demək deyil. Uruqvaylı sentyabrın 19-na qədər ittihamlara cavab verməlidir. Günahkar olduğu müəyyən edilsə, Bentankurun 6 oyunluq diskvalifikasiyası gözlənilir.

Qeyd edək ki, “Qarabağ” “Tottenhem”lə sentyabrın 26-da Londonda qarşılaşacaq.

İdman.biz

Məqalədə: