“Qarabağ”ın azarkeşləri üçün “Tottenhem"lə matçın bileti - 80 avroya

Xəbərlər
13 Sentyabr 2024 23:16
1 461
“Qarabağ”ın azarkeşləri üçün “Tottenhem"lə matçın bileti - 80 avroya

“Qarabağ”ın Avropa Liqasında “Tottenhem"lə keçirəcəyi matçın biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər vauçerləri iTicket.az-dan onlayn şəkildə əldə edə bilərlər.

Londondakı “Tottenham Hotspur Stadium"da oyunu izləyəcək azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişə biləcəklər. Biletlərin qiyməti 80 AZN-dir.

Qeyd edək ki, vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq. "Tottenhem" - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

İdman.biz