Almaniyanın II Bundesliqa klubunun şərəfini qoruyan Mahir Emrelinin “Nürnberq”də debütü reallaşamyıb.
İdman.biz xəbər verir ki, millimizin futbolçusu ilk dəfə ehtiyat oyunçular skamyasında yer alıb.
Emrelinin komandası 5-ci turda “Ulm”un qonağı olub. Matç Mahirin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra xalını 7-ə çatdıran “Nürnberq” 11-ci pillədə yer alıb.
İdman.biz