Bundesliqada yeni rekordçu

Xəbərlər
15 Sentyabr 2024 09:15
136
Bundesliqada yeni rekordçu

Bundesliqanın 3-cü turu çərçivəsində Mönxenqladbax "Borussiya"sı ilə "Ştutqart"ın qarşılaşmasını idarə edən Feliks Brıx Almaniya çempionatında Volfqanq Starkı qabaqlayaraq hakimlər arasında oyun sayında rekorda yiyələnib.

İdman.biz xəbər verir ki, bu, Brıxın yüksək divizionda 345-ci oyunu olub. O, Bundesliqada 2004/05 mövsümündə debüt edib.

49 yaşlı münhenli ötən mövsüm "Ayntraxt Frankfurt" - "Ştutqart" matçında aldığı çarpaz bağ zədəsi səbəbindən rekordu daha əvvəl qıra bilməyib.

Qeyd edək ki, Brıx 2016/17 mövsümündə Çempionlar Liqasının “Yuventus” – “Real” finalının hakimi olub.

İdman.biz