Kerem Aktürkoğlu Portuqaliyada qolla debüt edib

Xəbərlər
15 Sentyabr 2024 09:54
641
Kerem Aktürkoğlu Portuqaliyada qolla debüt edib

Türkiyə millisinin sol vingeri Kerem Aktürkoğlu "Benfika"da debüt oyununda qol vurub.

İdman.biz xəbər verir ki, 25 yaşlı futbolçu Portuqaliya çempionatının 5-ci turu çərçivəsində "Santa Klara"ya 4:1 hesabı ilə qalib gəldikləri oyunun 27-ci dəqiqəsində hesabı bərabərləşdirib.

Qeyd edək ki, Kerem həm klub, həm də milli səviyyəsində son 4 oyunda 5 qol vurub.

İdman.biz